Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ikinci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bakı Abadlıq Xidməti” MMC-nin birgə təşkilatçılığı ilə Laçında ağacəkmə aksiyası keçirilib.
APA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, 8 noyabr - Zəfər Günündə Laçında təşkil olunan ağacəkmə tədbirində yerli iqlim şəraitinə uyğun 1000 ədəd müxtəlif növ ağac tingi əkilib.