Azərbaycan Dağlıq Qarabağda qanunsuz poçt markalarının buraxılması ilə bağlı beynəlxalq təşkilata müraciət edib

Azərbaycan Dağlıq Qarabağda qanunsuz poçt markalarının buraxılması ilə bağlı beynəlxalq təşkilata müraciət edib
# 15 avqust 2008 14:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Ümumdünya Poçt İttifaqına (ÜPİ) Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində poçt xidmətlərinin vəziyyəti ilə bağlı bəyanat təqdim edib. Bu barədə «APA-Economics»ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.
M.Əmirov bildirib ki, bəyanat həmin təşkilata qurumun 24-cü konqresi zamanı ÜPİ aktlarının imzalanması zamanı verilib. Bəyanatda həmçinin, qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən qanunsuz poçt markalarının buraxılmasının qarşısının alınması ilə əlaqədar müddəalar da əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR