Bakı. Cavid Zeynallı - APA. Bakı və Abşeron yarımadasında fevralın 20-də arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 20-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.
Fevralın 21-22-də meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.
Ölkənin bəzi ərazilərində sulu qar, qar yağacaq
19 fevral 2016 10:58 (UTC +04:00)
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024