Narkotik dövriyyəsində təqsirləndirilən qadınların məhkəməsi başlayıb

Narkotik dövriyyəsində təqsirləndirilən qadınların məhkəməsi başlayıb
# 13 iyun 2016 09:19 (UTC +04:00)

Bakı. Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə dövriyyəsində təqsirləndirilən Günel İsayeva, Arifə Məmmədova və İlqar Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 22-nə təyin edilib.

Qeyd edək ki, bu il Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Idarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər 4 dəfə məhkum olunmuş 1981-ci il təvəllüdlü İlqar Mehdiyevdən 4 bükümdə 0,74 qram heroin götürülüb.

Müəyyən edilib ki, ona narkotiki Bakı sakini, 1980-cı il təvəllüdlü Günel İsayeva satıb. G.İsayeva da saxlanılıb və ondan 2 bükümdə 0,885 qram heroin götürülüb. G.İsayevaya isə heroini satanın 1965-ci il təvəllüdlü Arifə Məmmədova olması müəyyən edilib.

A.Məmmədova da tutulub, ondan isə 0,750 qram heroin götürülüb. Günel İsayevanın yaşadığı A.Şaiq küçəsində yerləşən evə baxış zamanı 3,022 qram heroin aşkar edilərək götürülüb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR