Bakı-APA. Rumıniyada 6,1 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt Buxarestdən 145 km şimalda, ocağı isə 100 km dərinlikdə yerləşib.
Zəlzələ Moldova və Ukraynada da hiss olunub. Moldovanın paytaxt Kişinyovda 5 bal gücündə zəlzələnin qeydə alındığı bildirilir.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.