“Bank VTB (Azərbaycan)”ın "Sahil" filialı iş qrafikini dəyişib

“Bank VTB (Azərbaycan)”ın "Sahil" filialı iş qrafikini dəyişib
# 08 iyun 2016 14:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” müştərilərinin rahatlığı və xidmət keyfiyyətinin artırılması üçün paytaxtdakı filiallardan daha birinin iş saatını uzadıb və iş günlərini artırıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bankın “Sahil” filialı yeni iş rejiminə keçib və yeni qrafikə əsasən, filial müştərilərə həftə içi saat 09:00-dan 21:00-dək, şənbə günləri isə 10:00-dan 19:00-dək xidmət göstərəcək.

Yeni formatda “Sahil” filialı öz müştərilərinə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək. Bura valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər üzrə bütün xidmət kompleksi daxildir.

Qeyd edək ki, “Sahil” filialı Bülbül prospekti 7, korpus “D” ünvanında “Sahil” metro stansiyasının çıxışında yerləşir. Bundan əvvəl, “Bank VTB (Azərbaycan)”ın Azadlıq prospekti, ev 92 ünvanında yerləşən “Azadlıq” filialı da uzadılmış iş qrafikinə keçib. Bununla da, artıq bankın iki filialı müştərilərə qeyri-iş saatlarında da xidmət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR