İranda “donuz qripi” Xəzər sahillərinə qədər yayılıb

İranda “donuz qripi” Xəzər sahillərinə qədər yayılıb
# 10 dekabr 2015 07:42 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran İslam Respublikası ərazisində “donuz qripi” virusu artıq Xəzər dənizi sahillərinə qədər yayılıb.

APA-nın İran bürosunun məlumatına görə, Xəzər sahilindəki Mazandaran vilayətində 5 nəfər “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Mazandaran Tibb Universitetinin rektor müavini Möhsin Ərabi bildirib. O deyib ki, hələlik vilayətdə “donuz qripi”ndən ölən olmasa da, bu diaqnozla 5 nəfər həkim nəzarətinə götürülüb.


Qeyd edək ki, son günlər İranda “donuz qripi”ndən ölənlərin sayı 40 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR