İl ərzində dövlət büdcəsinə gömrük orqanlarının xətti ilə daxilolmalar 22% artıb

İl ərzində dövlət büdcəsinə gömrük orqanlarının xətti ilə daxilolmalar 22% artıb
# 18 aprel 2016 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 416 mln. 915,96 min manat daxil olub.

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 74 mln. 969,63 min manat və ya 21,92% artıb.

Yanvar-mart ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 107 mln. 95,90 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 298 mln. 219,07 min manat, aksizlər üzrə 6 mln. 116,58 min manat, yol vergisi üzrə isə 5 mln. 484,41 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR