Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 4 hərbçi yaralanıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 4 hərbçi yaralanıb
# 09 aprel 2016 04:38 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mardin əyalətində PKK terror qruplaşmasına qarşı keçirilən xüsusi əməliyyat zamanı 4 hərbçi yaralanıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, əyalətin Nusaybin rayonunda hərbçilərin zirehli texnikası minaatanlardan atəşə tutulub.

Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.

Xatırladaq ki, ötən gün Mardin əyalətində keçirilən əməliyyat zamanı 5 hərbçi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR