İŞİD silahlıları “Cəbhət ən Nüsrə” qruplaşmasının düşərgəsini ələ keçirib

İŞİD silahlıları  “Cəbhət ən Nüsrə” qruplaşmasının düşərgəsini ələ keçirib
# 30 yanvar 2016 03:34 (UTC +04:00)

Bakı-APA. Suriya-Livan sərhədində İŞİD silahlıları “Cəbhət ən Nüsrə” qruplaşmasının düşərgəsini ələ keçirib.

APA-nın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 5 “Cəbhət ən Nüsrə” üzvü öldürülüb, 6-sı əsir götürülüb.

Ölənlər arasında “Cəbhət ən Nüsrə”nin liderlərindən biri Əbu-Mərayənin olduğu bildirilir.

Məlumata əsasən, terrorçular arasında döyüşlər Ərsal dağ rayonunda iki gündür ki, davam edir.

Qeyd edək ki, “Cəbhət ən Nüsrə” “Əl-Qaidə”nin Suriya və Livandakı qolu sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR