Manat avroya qarşı bahalaşıb

Manat avroya qarşı bahalaşıb
# 07 oktyabr 2016 07:27 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 6-sı ilə müqayisədə dəyişməyərək 1,6036 manat səviyyəsində qalıb.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,72% zəifləyərək 1,7827 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 6-sı ilə müqayisədə 0,39% bahalaşaraq 0,0258 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,15% bahalaşaraq 0,5256 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9943 manatdır. Beləliklə, funt sterlinq 2,22%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,64% bahalaşaraq 0,6868 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR