Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan və Ermənistan QHT-lərini dialoqa çağırıb

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan və Ermənistan QHT-lərini dialoqa çağırıb
# 11 aprel 2016 14:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Dağlıq Qarabağda hərbi əməliyyatların genişlənməsi iki ölkə arasında münaqişənin sülh, ədalət və bərabərlik prinsipləri əsasında təcili həllini ön plana çıxarır. Bu da sizin ölkələrə sülh şəraitində yaşamaq imkanı verəcək”.

APA-nın məlumatına görə, bunu Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarına müraciətində deyilir.

Bildirilir ki, qonşular arasında sülh uzunmüddətli münaqişələri uğurla həll edən Avropa İttifaqının əsas məqsədlərindən biridir: “Qonşuları arasında sülh də Şərq Tərəfdaşlığının və sizin daxil olduğunuz Vətəndaş Cəmiyyəti Forumunun məqsədlərindən biridir. Sizə müraciət edirik ki, regionda sülh üçün işləyən və indi buna daha çox ehtiyacları olan vətəndaş cəmiyyəti təşkilatlarına dəstəyinizi gücləndirəsiniz. Həmçinin biz Avropa İttifaqı və bu qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin sülh səylərini dəstəkləyəcək yollar axtarmalıyıq. Biz bu münaqişəni nizamlamaq üçün dialoqa getməyə və hökumətlərinizi bu dialoqa təkan verməyə çağırırıq. Vətəndaş Cəmiyyəti Forumu sizi bütün səylərinizdə dəstəkləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR