Avropa Parlamentinin deputatı: “Azərbaycan Avropa İttifaqı üçün mühüm ölkədir”

Avropa Parlamentinin deputatı: “Azərbaycan Avropa İttifaqı üçün mühüm ölkədir”
# 20 sentyabr 2016 12:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakıda səfərdə olan Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Milli Məclisdə spiker Oqtay Əsədovla görüşüb.

APA-nın məlumatına görə, mətbuat üçün qapalı olan görüşdən sonra nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Sayyad Kərim bildirib ki, Azərbaycanla münasibətlərin inkişafı üçün parlament səviyyəsində ünsiyyət təbii haldır.

“Milli Məclisə gəlməmişdən əvvəl prezident İlham Əliyevlə görüşmüşük. Müzakirələrin nəticəsi olaraq deyə bilərəm ki, parlamentlər arasında olan dəyərlər hamımızın inandığı məsələdir. Avropa İttifaqı üçün Azərbaycan mühüm bir ölkədir. Azərbaycan münasibətlərimizi daha da möhkəmləndirmək istədiyimiz bir ölkədir. Lakin müəyyən bir müddət oldu ki, Azərbaycanla olan dialoqumuz istədiyimiz səviyyədə, gerçək olacaq səviyyədə deyildi. Bu, nə Azərbaycan xalqı, nə də Avropada yaşayan xalqlar üçün xeyir verəcək hal deyildi. Ümidvarıq ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin nəinki qurulması, həmçinin möhkəmləndirilməsi üçün yetərincə zəmin var. İndiyə qədər şahid olduğumuz ünsiyyətdən bizim üçün aydın olan bir məqam o oldu ki, Azərbaycan Avropa xalqlarına yaxın olmaq istəyir və biz əlimizdən gələni edəcəyik ki, bu yaxınlıq təmin olunsun”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR