“Pakistan Milli Bankı”nın kredit portfeli azalıb

“Pakistan Milli Bankı”nın kredit portfeli azalıb
# 12 avqust 2016 11:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Pakistan Milli Bankı” Bakı filialı aktivlərinin həcmi 2016-cı ilin iyulun 1-nə 11,275 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 2,65% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,86% azalaraq 2,117 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 1 mln. 278,5 min manata çatıb. Başqa sözlə, vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 60,4%-ə yüksəlib.

Bankın depozit portfeli hesabat dövrü ərzində 59,32% artaraq 578,11 min manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 225,08 min manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 11,84% çoxdur.

Hesabat dövrünə bankın məcmu kapitalı 10,358 mln. manat, nizamnamə kapitalı 9 mln. 420 min manat təşkil edib.

Bankın gəlirləri ilin əvvəlinə nisbətən 39,98% azalaraq 280,461 min manat, xərcləri isə 45,43% azalaraq 378,446 min manat təşkil edib.

Cari ilin altı ayı ərzində bank 101 min manat mənfəət əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR