Biləsuvarda mağazadan oğruluq edən şəxslər tutulub

Biləsuvarda mağazadan oğruluq edən şəxslər tutulub
# 29 iyul 2016 12:57 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev - APA. Biləsuvar rayonunda mağazadan oğurluq etmiş şəxslər saxlanılıb. APA-nın cənub bürosunun məlumatına görə, iyulun 28-də rayonun Xırmandalı kənd sakini Sədaqət Məhərrəmova rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan pəncərədən girmək yolu ilə danışıq kartlarının, tütün məmulatının və məişət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Hüseyn Fətullayev və Fərid Mirzəyev isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR