Qəbələdə yük maşını piyadanı vuraraq öldürüb

Qəbələdə yük maşını piyadanı vuraraq öldürüb
# 10 dekabr 2015 09:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 9-da saat 12 radələrində Qəbələ rayonunun Zarağan kəndində Şirvan şəhər sakini Elnur Əbilov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən rayon sakini Şəkər Cəbrayılovanı vurub. Nəticədə o, hadisə yerində ölüb.

Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR