İran Rusiyadan aldığı “S-300” komplekslərini nümayiş etdirib

İran Rusiyadan aldığı “S-300” komplekslərini nümayiş etdirib
# 17 aprel 2016 09:38 (UTC +04:00)

Bakı-APA. Bu gün Tehranda İran Milli Ordu Günü münasibəti ilə keçirilən parada Rusiyadan alınmış “S-300” zenit raket kompleksləri (ZRK) nümayiş etdirilib.

APA-nın məlumatına görə, bununla bağlı İranın “Mehr” və “Tasnim” agentlikləri kadrlar yayıblar.

İranda S-300 kompleksləri ictimaiyyətə ilk dəfədir ki, nümayiş etdirilir.

Qeyd edək ki, hərbi parada İran prezidenti Həsən Ruhani açılış çıxışı edib.

Xatırladaq ki, Rusiya və İran 2007-ci ildə “S-300” komplekslərinin alınması ilə bağlı 900 milyon dollar dəyərin müqavilə imzalayıblar. Lakin BMT Təhlükəsizlik Şurasının İrana sanksiyaları nəzərdə tutan 1929 saylı qətnaməsinin qəbulundan sonra Rusiyanın o zamankı prezidenti Dmitrii Medvedev müqavilənin yerinə yetirilməsinin dayandırılması barədə sərəncam verib. İran bunun cavabında Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib və Rusiyaya qarşı 4,2 milyard dollar iddia irəli sürüb. Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin aprelində İrana “S-300” komplekslərinin çatdırılması ilə bağlı qadağanın aradan götürülməsi üçün sərəncam imzalayıb. Bu ilin yanvarında İran Rusiyaya qarşı məhkəmə iddiasını da geri götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR