Zaqatalada ev yanıb

Zaqatalada ev yanıb
# 16 sentyabr 2016 14:24 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Qandax kəndində, kənd sakini İbrahim Osman oğlu Musayevə məxsus, ümumi sahəsi 198 kv/m olan kürsülü, 4 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının genişlənməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR