Benqazidə kamikadze özünü partladıb, 22 nəfər ölüb

Benqazidə kamikadze özünü partladıb, 22 nəfər ölüb
# 03 avqust 2016 01:37 (UTC +04:00)

Bakı-APA. Liviyanın Benqazi şəhərində minalanmış avtomobildə hərəkət edən terrorçu-kamikadze bir qrup hərbçiyə yaxınlaşaraq partlayıcı qurğunu işə salıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 22 hərbçi ölüb, 20-dək insan yaralanıb.

Məlumata görə, hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR