Kamal Abdulla: “Azərbaycanda multikultural təhlükəsizlik doktrinası digərlərdən heç də az əhəmiyyətli deyil”

Kamal Abdulla: “Azərbaycanda multikultural təhlükəsizlik doktrinası digərlərdən heç də az əhəmiyyətli deyil”
# 29 aprel 2016 14:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Ölkənin multikultural təhlükəsizliyi heç də digər təhlükəsizlik doktrinalardan az əhəmiyyətli deyil. Bu gün energetika, siyasi, ekologiya və digər sahələr üzrə təhlükəsizlik doktrinaları var. Onların arasında bunlardan heç də az əhəmiyyət daşımayan multikultural təhlükəsizliyi də var”.

APA-nın xəbərinə görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla AMEA-nın ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda multikultural təhlükəsizlik prezident İlham Əliyevin siyasəti əsasında həyata keçirilir. Onun sözlərinə görə, bu siyasətdə birinci prinsip ondan ibarətdir ki, bütün dinlərə və dini icmalara bərabər münasibət nümayiş etdirməkdir: “Bir çox hallarda başqa ölkələrdə təəccüblənirlər ki, necə olur ki, Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri arasında belə qardaş, isti münasibət var. Bu, Azərbaycanın əldə etdiyi ən böyük multikultural dəyərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR