Bu il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlanıb

Bu il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlanıb
# 14 aprel 2016 14:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu ilin I rübündə narkotiklərlə mübarizə sahəsində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 860 fakt aşkarlanıb.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi hesabatda əksini tapıb. Aşkarlanan faktlardan 226-ı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 613-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 14-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 7-i isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 832 kq 141,596 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 226 kq 787,73 qr marixuana (27,2 %), 93 kq 340,652 qr tiryək (11,2%), 496 kq 024,312 qr heroin (59,6%), 15 kq 935,225 qr həşiş (1,9%), 53,677 qr psixotrop maddələr (0,1%) və 11798 ədəd həb təşkil edib.

Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 24 kq 012,390 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkarlanaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR