“Qırmızı bağ” bədii filminin təqdimatı keçiriləcək

“Qırmızı bağ” bədii filminin təqdimatı keçiriləcək
# 08 aprel 2016 15:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 12-də Nizami Kino Mərkəzində “Qırmızı bağ” bədii filminin təqdimatı keçiriləcək.

APA-nın məlumatına görə, “Qırmızı bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində istehsal olunub.

Film vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatından bəhs edir. Yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR