Göyçay rayonunda tövlə yanıb

Göyçay rayonunda tövlə yanıb
# 19 oktyabr 2015 06:24 (UTC +04:00)

Bakı-APA. Bu gecə Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Qaraman kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 100 kv.m sahədə və çardağına yığılmış 3 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR