Azərbaycanda benzin istehsalı 7% azalıb

Azərbaycanda benzin istehsalı 7% azalıb
# 19 sentyabr 2016 10:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1736,2 mln. manat olmaqla əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 9,8% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin səkkiz ayı ərzində ölkədə 732,6 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin səkkiz ayı ilə müqayisədə 7,1% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 11,0 min ton məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 491,5 min ton dizel yanacağı istehsal edilib. Bu, ötən ilin səkkiz ayı ilə müqayisədə 22,5% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 86,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ağ neftin istehsalı 8,3% azalıb. Belə ki, bu ilin səkkiz ayı ərzində ölkədə 417,1 min ton ağ neft istehsal olunub ki, bu ilin sentyabrın 1-nə 31,0 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-avqust ayları ərzində ölkədə neft bitumunun istehsalında 2,5% artaraq 112,7 min ton təşkil edib. Nəticədə sentyabrın 1-nə 3,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin səkkiz ayında ölkədə sürtgü yağlarının istehsalı 2015-ci illə müqayisədə 48,7% azalıb. Belə ki, 8 ay ərzində 7,7 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin sentyabrın 1-nə 10,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 8 ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin də istehsalında azalma var. Belə ki, ötən aylar ərzində 120,0 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2015-ci ilin 8 ayı ilə müqayisədə 6,5% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 2,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda 416,5 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artım deməkdir. Nəticədə bu ilin sentyabrın 1-nə 10,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 121,1 min ton neft koksu istehsal edilib. Bu, ötən ilin 8 ayı ilə müqayisədə 21,9% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 7,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR