Zaqatalada 18 yaşlı gənci ilan sancıb

Zaqatalada 18 yaşlı gənci ilan sancıb
# 06 oktyabr 2016 12:54 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada təsərrüfatda işləyən 18 yaşlı gənci ilan sancıb.


Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, bu gün saat 13:00 radələrində rayonun Yengiyan kənd sakini, 1998-ci il təvəllüdlü Əlixanov Qurban Fərman oğlu xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 18 yaşlı Qurban Əlixanov torpaq sahəsini sulayarkən qəfildən ilan sol ayağının baldır nahiyəsindən onu sancıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən Q. Əlixanova lazımi tibbi yardım göstərilib, ona ilan zəhərinə qarşı zərdab vurulub. Vəziyyəti stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR