Almaniyada 2015-ci ildə qeydiyyata alınmış qaçqınların sayı bir milyonu keçib

Almaniyada 2015-ci ildə qeydiyyata alınmış qaçqınların sayı bir milyonu keçib
# 08 dekabr 2015 23:53 (UTC +04:00)

Bakı-APA. Almaniyada 2015-ci ildə qeydiyyata alınmış qaçqınların sayı bir milyonu keçib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Münhendə Bavariya federal torpağın sosial işlər naziri Emiliya Müller bildirib.

“Biz təcili olaraq qaçqınların qəbuluna limit qoymalıyıq, çünki bu cür qaçqın axını ilə Almaniya uzunmüddətli perspektivdə bacarmayacaq”, deyə nazir qeyd edib. Onun sözlərinə görə, tək noyabr ayı ərzində ölkədə əksəriyyəti Suriya və Əfqanıstan vətəndaşları olmaqla 200 min qaçqın yerləşdirilib.

Müqayisə üçün, 2014-cü ildə Almaniyada 238 676 qaçqın qeydiyyata götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR