Aİ səfiri: “Avropa İttifaqı Dağlıq Qarabağda həllə nail olunması üçün yardım etməyə hazırdır”

Aİ səfiri: “Avropa İttifaqı Dağlıq Qarabağda həllə nail olunması üçün yardım etməyə hazırdır”
# 14 aprel 2016 10:57 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Avropa İttifaqı Dağlıq Qarabağda həllə nail olunması üçün yardım etməyə hazırdır”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Svitalski jurnalistlərə açıqlamasında bildirib.

O, Qarabağda son baş verən proseslərin ayrıca olaraq müzakirə edilməsinin vacibliyini bildirib.

“Hazırda əminliklə deyə bilərəm ki, Avropa İttifaqı həll yolunun tapılması istiqamətində addımlar atılmasını istəyir, çünki bu,Ermənistan və bütün regionun inkişafına yol açacaq”, - deyə qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR