Sergey Lavrov və Con Kerri arasında növbəti görüş keçiriləcək

Sergey Lavrov və Con Kerri arasında növbəti görüş keçiriləcək
# 24 iyul 2016 23:25 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında növbəti görüş Laosun paytaxtı Vyentyanda keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Asiya-Sakit Okean Əməkdaşlq Birliyinin sammiti çərçivəsində baş tutacaq.

Gözlənildiyi kimi, Rusiya və ABŞ xarici işlər idarələri rəhbərlərinin görüşündə əsas mövzu Suriya münaqişəsinin nizamlanması olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR