AŞPA həmməruzəçiləri hüquq müdafiəçiləri və müxalifətçilərlə görüşüb

AŞPA həmməruzəçiləri hüquq müdafiəçiləri və müxalifətçilərlə görüşüb
# 15 iyun 2016 14:02 (UTC +04:00)

Bakı - APA. Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda hüquq müdafiəçiləri ilə görüşüblər.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının rəhbərləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və digərləri iştirak edib. Görüşdə ölkədə insan hüquqlarının vəziyyəti, hüquq-müdafiə təşkilatlarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin bu gün həmçinin müxalifət təmsilçiləri ilə görüşləri olub. Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və digərlərinin iştirak etdiyi görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR