Böyük Britaniya XİN rəhbərinin təyyarəsi qəza enişi edib

Böyük Britaniya XİN rəhbərinin təyyarəsi qəza enişi edib
# 17 iyul 2016 22:05 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya xarici işlər naziri Boris Consonu daşıyan təyyarə Londonun Luton hava limanında qəza enişi edib.

APA-nın məlumatına görə, bu barədə «The Guardian» xəbər verib.

Qəza enişinə səbəb təyyarədə aşkar olunan texniki nasazlıq olub.

Böyük Britaniya XİN-i faktı təsdiqləyib. Qısa fasilədən sonra Boris Consonun rəhbərlik etdiyi XİN-nin nümayəndə heyəti Brüsselə yola düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR