Bakı– APA. Bakıda dənizdə batan şəxs xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Xəzər rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.