Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Sentyabr
# 23 sentyabr 2016 18:16 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ


Suriya münaqişəsinə dair ABŞ-Rusiya anlaşmasının pozulması bölgədə gərginliyi artıracaq. Artıq bunun ilkin əlamətləri görünür. Əsəd qüvvələri Rusiyanın köməyi ilə Hələbin şərqində əməliyyata başlayıb, Türkiyə İŞİD mövqelərinə aramsız zərbələr endirir, Azad Suriya Ordusu Türkiyə aviasiyasının havadan dəstəyi ilə Əl-Bab məntəqəsinin ələ keçirməyə çalışırlar. Suriyada vəziyyət yenidən ərəb saçına dönüb. Ən çətin durumda olan tərəf yenə Türkiyədir, atəşkəsin qüvvədə düşməsi ilə Ankaranın Vaşinqton və Moskva arasında manevr etmək imkanları azalıb. Uzun müddətdən sonra ilk dəfə olaraq ABŞ Türkiyənin Suriyaya dair təkliflərinə dəstək verir. Vaşinqton bununla həm Rusiya ilə nüfuz müharibəsində Ankaranı yanına çəkmək istəyir, həm də uçuşa bağlı bölgə yaratmaqla Rusiya aviasiyasının imkanlarını məhdudlaşdırmağa çalışır. Belə görünür, Vaşinqton-Moskva gərginliyi Suriyanı yenidən dünya gündəminin bir nömrəli mövzusuna çevirəcək....

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR