Brent nefti cüzi ucuzlaşıb

Brent nefti cüzi ucuzlaşıb
# 25 avqust 2016 07:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dünya bazarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar artaraq 46,83 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar ucuzlaşaraq 49,04 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR