Türkiyə pomidorunun Azərbaycan məhsulu adı ilə ixracına dair Rusiyanın narahatlığına münasibət bildirilib

Türkiyə pomidorunun Azərbaycan məhsulu adı ilə ixracına dair Rusiyanın  narahatlığına münasibət bildirilib
# 20 aprel 2016 16:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra Türkiyə pomidorunun Azərbaycan pomidoru adı altında Rusiyaya ixrac olunması cəhdlərinin artması ilə bağlı narahatlığına münasibət bildirib.



Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu məsələ DFNX-nin rəhbəri Camal Quliyevin Rusiya Federasiyası Baytarlıq və Fitosanitariya Xidmətinin nümayəndələri ilə görüşündə müzakirə edilib.


C. Quliyev Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra Türkiyə pomidorunun Azərbaycan pomidoru adı altında Rusiyaya ixrac olunması cəhdlərinin artması ilə bağlı qeyd edib ki, bu məqsədlə fitosanitar xidmətinin bir qrup mütəxəssisindən ibarət komissiya çalışır: “Komissiya pomidorların həm görünüş, həm də laborator yoxlamasını apardıqdan sonra yalnız Azərbaycan mənşəli pomidorlara sertifikat verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR