Ağdaş sakininin Moskvada girov götürülməsi ilə bağlı bəzi detallar məlum olub - YENİLƏNİB

Ağdaş sakininin Moskvada girov götürülməsi ilə bağlı bəzi detallar məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 22 avqust 2016 11:15 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş sakininin Moskvada girov götürülməsi faktının bəzi detalları məlum olub.

Ağdaş rayon Polis Şöbəsindən APA-nın Ağdaş müxbirinə verilən məlumata görə, rayonun Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək, oğlunun Moskvada girov götürüldüyünü, onun azadlığa buraxılması üçün 10 min manat tələb olunduğunu bildirib.

Pulu tələb edən şəxslər qadına Moskvadan zəng ediblər. M. Həsənova isə tələb olunan məbləği Moskvaya göndərmək imkanı olmadığını deyərək, pulu öz evində verə biləcəyini deyib. Bundan sonra qadın polisə məlumat verib.

Evinə pulu almağa gələn 4 nəfər isə polis tərəfindən saxlanılıb.

Məlumatda o bildirilib ki, Moskvada girov götürülmüş şəxs artıq azadlığa buraxılıb.

***

12:44

Bakı. Şəhriyar Əlizadə - APA. Ağdaş rayonu Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürdüklərini və onun buraxılması müqabilində 10 000 manat pul tələb etmələrini bildirib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR