Suriyanın Homs şəhərində törədilən terror aktlarında 46 nəfər ölüb, 115 nəfər yaralanıb

Suriyanın Homs şəhərində törədilən terror aktlarında 46 nəfər ölüb, 115 nəfər yaralanıb
# 21 fevral 2016 12:38 (UTC +04:00)

Bakı – APA. Suriyanın Homs şəhərində ard-arda terror aktları törədilib.

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, terror nəticəsində 46 nəfər ölüb, 115 nəfər yaralanıb.

SANA agentliyi xəbər verir ki, Homsun mərkəzində yerləşən Əz-Zəhra məhəlləsinin Sittin küçəsində iki partlayış törədilib.

Partlayışların terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir.

Terror aktına görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR