Xəzərin hüquqi statusuna dair işçi qrupunun payızda Tehran və Aşqabadda iclası keçiriləcək

Xəzərin hüquqi statusuna dair işçi qrupunun payızda Tehran və Aşqabadda iclası keçiriləcək
# 13 iyul 2016 13:57 (UTC +04:00)

Bakı - APA. Xəzərin hüquqi statusuna dair işçi qrupunun bu ilin payızında Tehran və Aşqabadda toplantısı keçiriləcək.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov Xəzəryanı ölkələri xarici işlər nazirlərinin Astana görüşündən sonra keçirilən mətbuat konfrasında bildirib.

"Ekspertlərin növbəti görüşü bu ilin sentyabrında Tehranda, oktyabrda isə Aşqabadda keçiriləcək", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu görüşlərdən sonra xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı müəyyən olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR