Masazırda naməlum avtomobil piyadanı vuraraq qaçıb

Masazırda naməlum avtomobil piyadanı vuraraq qaçıb
# 29 iyul 2016 01:47 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada 17 yaşlı Rəşad Cəlilovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib. Həkimlər Rəşad Cəlilovun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR