Nazirlik: Fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması onların gəlirlərini 4-9% artıracaq

Nazirlik: Fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması onların gəlirlərini 4-9% artıracaq
# 10 fevral 2016 08:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması həmin şəxslərin gəlirlərinin artmasına səbəb olacaq".

APA-Economics”in məlumatına görə, bunu bu gün keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumunda Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinov “Vergi islahatlarının dövlət büdcəsinin formalaşmasına təsiri” mövzusundan danışarkən belə deyib.

Onun sözlərinə görə, Vergilər Məcəlləsinə edilən bu dəyişiklik fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmaların 100 mln. manat azalmasına səbəb olacaq. F. Şirinov əlavə edib ki, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması həmin şəxslərin gəlirlərinin orta hesabla 4-9% artmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR