"Schneider Electric" ənənəvi beynəlxalq tələbə müsabiqəsi keçirir

"Schneider Electric" ənənəvi beynəlxalq tələbə müsabiqəsi keçirir
# 25 fevral 2016 08:31 (UTC +04:00)

Bakı - APA-Economics. 24 fevral 2016-cı il - Enerji idarəetmə və avtomatlaşdırma üzrə dünya mütəxəssisi olan "Schneider Electric" şirkəti tələbələr arasında keçirilən "Go Green in the City" 6-cı illik müsabiqənin başlanmasını elan edib.

Bu, "ağıllı" şəhərlər üçün elektrik enerjisinin təchizatında yaranan problemlərinin həllinə istiqamətlənən innovasiyalı biznes çözümlərinin beynəlxalq müsabiqəsidir.

2016-cı ilin aprelin 15-ə qədər biznes və mühəndislik üzrə bakalavrlar və mühəndislər, həmçinin MBA kurslarının tələbələri bu layihədə iştirak etmək üçün dəvət olunurlar. Üzvlərdən birinin mütləq bir qadın nümayəndəsi olmaq şərti ilə iki nəfərdən ibarət olan komanda "ağıllı" şəhərlər üçün elektrik enerjisinin idarəetməsinə dair öz innovasiyalı təkliflərini (keyslərini) bu mövzular ətrafında təqdim etməlidirlər:

"Strategiya və Texnologiya", "Məhsulların yenidən istifadəsi və işlədilməsi", "Şəhərin ekoloji ərazisində elektrik enerjisinin kiçik paylayıcı şəbəkələri", "Aşağı texnologiya laboratoriyası" və "Sərhədsiz". 2015-ci ildə Hindistanın Xaraqpur Texnoloji İnstitutunun tələbə komandası enerjinin səmərəli istifadəsi üçün proqram təminat ideyası verməklə müsabiqəni qazanıb.

"Ağıllı" şəhərlərdə enerji idarəetmə mövzusu son 5 il ərzində tələbələr arasında çox böyük diqqət cəlb edir. Şəhərlərin dayanıqlığına nail olmaq üçün enerjinin istifadəsinin "ağıllı" idarə edilməsinin zəruriliyi gənc nəslin maarifləndirilməsinə və məlumatlandırılmasına yönləndirilən keçən il "Go Green in the City" müsabiqəsi 168 ölkənin 12 800-dən çox iştirakçısını cəlb etmişdir, onlardan 57%-nı qadınlar təşkil edirdi. 2015-ci ildə Hindistan, İndoneziya ve Koreya nümayəndələri xüsusilə fəal idi və daxil olan ərizələr arasında geniş surətdə təqdim olunmuşdu.

Yarımfinalçı komandalar onların ideyalarının video-təqdimatlarını və qısa icmalını yaratmaq üçün "Schneider Electric" rəhbərliyi ilə işləyəcəklər. 15 iyul 2016-cı il tarixində 12 ən yaxşı komanda elan edilərək finalda iştirak etmək üçün Parisə dəvət olunacaqlar. Qalib komanda şirkətin işçiləri və yüksək təbəqəli menecmentlə ünsiyyət yaradaraq, "Schneider Electric" nümayəndələri ilə birlikdə VİP səviyyəsində dünya üzrə səyahət edəcəkdir. Onlara həmçinin yaşayış yerləri üzrə “Schneider Electric” şirkətində iş təklif olunacaqdır. Daha ətraflı məlumat əldə etmək üçün “Go Green in the City” veb saytına (www.gogreeninthecity.com) və müsabiqənin "Facebook" və "Twitter" rəsmi səhifəsinə daxil olun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR