Gələn il ARDNF-dən dövlət büdcəsinə transfert 1,5 milyard manat azalacaq - YENİLƏNİB

Gələn il ARDNF-dən dövlət büdcəsinə transfert 1,5 milyard manat azalacaq - <span style="color: red;">YENİLƏNİB
# 26 sentyabr 2016 10:39 (UTC +04:00)

Bakı - APA-Economics. "Gələn il Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq".

"APA-Economics" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Söhbət təxminən 1,5 milyard manat həcmində azalmadan gedir. Söhbət əhəmiyyətli dərəcədə azalmadan gedir. Bu, onu göstərir ki, dövlət başçısının verdiyi müvafiq tapşırıqlar icra olunur. Yəni biz fondun vəsaitlərindən daha az istifadə edərək, digər mənbələrdən əldə olunan vəsaitlərə müraciət etməliyik. Bunu nəzərə alaraq, gələn il gömrük və vergi daxilolmalarının artması nəzərdə tutulub. Düzdür, vergi daxilolmalarından artım o qədər də böyük deyil", - deyə nazir qeyd edib.

S. Şərifov əlavə edib ki, gələn il dövlətin xarici öhdəliklərinin yerinə yetirilməsində heç bir problem olmayacaq: "Söhbət həm dövlət borcu ilə bağlı öhdəliklərimizdən, həm də xarici təşkilatlara üzvlük haqlarımızla bağlı öhdəliklərdən gedir. Bundan başqa, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin saxlanılmasına ayrılan vəsaitlər də vaxtında ödəniləcək".

*** SAAT 12:26

Bakı - APA-Economics. "Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiyməti 40 dollardan götürülüb".

"APA-Economics" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir həmçinin 2017-ci il üzrə dövlət büdcəsinin əsas prioritetlərini də açıqlayıb: "Şübhəsiz ki, büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında baş verənlər nəzərə alınıb. Azərbaycan qlobal iqtisadiyyatın tərkib hissəsidir və baş verənlər bizə də təsirsiz ötüşmür. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir. Bunu nəzərə alaraq biz xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmalıyıq və bu istiqamətdə bir sıra addımlar atılıb. Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub. Digər tərəfdən unutmamalıyıq ki, bizim gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb. Biz çalışmalıyıq ki, xərclərimizlə gəlirlərimiz ayaqlaşsın. Bunun əksi baş verərsə, biz risklərlə üz-üzə qalarıq. Gələn il xərclər siyasətimiz daha sərt olacaq. Bu, o deməkdir ki, daha səmərəli xərclərə üstünlük veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR