Əbülfəz Qarayev: “İşləməyən müəssisələr ixtisar olunacaq”

Əbülfəz Qarayev: “İşləməyən müəssisələr ixtisar olunacaq”
# 29 yanvar 2016 09:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Mədəniyyət və Turizm Nazirliyində ötən ilin axırında islahatlar keçirildi, şöbələr dəyişdirildi. Bu proses davam edəcək. Lazım olan yerlədə işləməyən müəssisələr ixtisar olunacaq”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, rəhbərlik etdiyi strukturda işlək və müasir üsullarla çalışan təşkilatların inkişafına təkan veriləcək.

Ə. Qarayev əlavə edib ki, Bakıda növbəti xalça simpoziumu keçiriləcək: “Bu sahədə müvafiq təşkilatlarla əməkdaşlıq edəcəyik. Amma mən sahibkarlara üzümü tutub demək istəyirəm ki, bu çağırış dövlət tərəfindən olmamalıdır. Bu, yeni bir biznes fəaliyyəti olmalıdır. Azərbaycan xalçasının inkişafına töhfə verməklə yanaşı, həm də yeni iş yerləri yaradılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR