“Azərxalça” ASC yaradılıb

“Azərxalça” ASC yaradılıb
# 05 may 2016 16:18 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncama əsasən “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilib.

Səhmləri dövlətə məxsus olan “Azərxalça” ASC Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR