Azərbaycan prezidenti toxumçuluğun inkişafına 12 milyon manat ayırıb

 Azərbaycan prezidenti toxumçuluğun inkişafına 12 milyon manat ayırıb
# 04 iyul 2016 16:14 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"APA-Economics"in məlumatına görə, müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12,0 (on iki) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR