Rusiya XİN: Türkiyə qoşunlarının Suriyada irəliləməsindən narahatıq

Rusiya XİN: Türkiyə qoşunlarının Suriyada irəliləməsindən narahatıq
# 07 sentyabr 2016 16:48 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya tərəfi Türkiyə qoşunlarının və onların dəstəklədiyi silahlı müxalif qüvvələrin Suriya ərazisində irəliləməsindən ciddi narahatdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Diqqətə çatdırmaq istəyirik ki, bu fəaliyyət Suriyanın qanuni hakimiyyəti ilə razılaşdırılmayıb və BMT Təhlükəsizlik Şurası buna razılıq verməyib. Bununla da Suriya Ərəb Respublikasının suverenliyini və ərazi bütövlüyünü şübhə altına alınır. Dəməşqin mövqeyi beynəlxalq hüquq nöqteyi-nəzərindən ədalətli və doğru mövqedir", - deyə bəyanatda qeyd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR