IV İslam Həmrəyliyi Oyunlarının açılışı üçün geriyə sayım başlayıb

IV İslam Həmrəyliyi Oyunlarının açılışı üçün geriyə sayım başlayıb
# 13 may 2016 10:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mayın 12-də Dənizkənarı Milli Parkda 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş idman tədbiri keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri, İslam dövlətlərinin milli olimpiya komitələrinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Qonaqlara ilk olaraq aktyorlar tərəfindən İslam dünyasının bir sıra əfsanələrini özündə əks etdirən səhnələr nümayiş etdirilib. Daha sonra IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq idman növlərinin təqdimatı olub.

Bununla da, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda startı üçün geriyə sayım başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR