Avstriya Parlamentinin üzvü: “Müşahidə apardığımız məntəqələrdə qanun pozuntusunun şahidi olmadıq”

Avstriya Parlamentinin üzvü: “Müşahidə apardığımız məntəqələrdə qanun pozuntusunun şahidi olmadıq”
# 26 sentyabr 2016 11:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Bəzi müxalif təşkilatlar, qeyri-hökumət təşkilatları düşünür ki, Azərbaycandan seçki ilə bağlı müsbət rəy üçün bizə rüşvət verilib. Bizim obyektiv hesabatımız haqqında belə düşünmələrindən təəssüflənirik".

Bunu APA-ya Avstriya Parlamentinin üzvü Qorburq Volfanq deyib. O, bu gün 6 seçki məntəqəsində müşahidə apardığını deyib: "Heç birində qanun pozuntusunun şahidi olmadıq. Deyə bilərəm ki, olduğumuz seçki məntəqələrində seçici fəallığı yüksək idi, artıq seçicilərin dörddə bir hissəsi səs vermişdi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR