Sloveniya qaçqın axınının qarşısını almaq məqsədilə ordunu cəlb edəcək

Sloveniya qaçqın axınının qarşısını almaq məqsədilə ordunu cəlb edəcək
# 18 oktyabr 2015 04:23 (UTC +04:00)

Bakı-APA. Sloveniya qaçqın axınının qarşısını almaq məqsədilə polisə kömək üçün ordu qüvvələrini cəlb etməyi qərara alıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Sloveniyanın baş naziri Miro Tserar ölkənin Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, Macarıstan Xorvatiyadan qaçqın axınının qarşısını almaq məqsədilə oktyabrın 16-dan 17-də keçən gecə bu ölkə ilə sərhədi bağladıqdan sonra Sloveniyaya 3 minədək miqrant keçib.

Xorvatiya DİN-in məlumatına əsasən, indiyədək ölkə ərazisindən Serbiyadan gəlmiş 185 mindən çox miqrant keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR