“Sadval” hərəkatının lideri qətlə yetirilib

“Sadval” hərəkatının lideri qətlə yetirilib
# 21 mart 2016 11:19 (UTC +04:00)

Bakı-APA. Separatçı “Sadval” hərəkatının lideri Nazim Hacıyev öldürülüb.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bu gecə Mahaçqalada Əhməd Sultanov küçəsindəki evində N. Hacıyevin meyiti tapılıb. Onun bədənində çoxlu sayda bıçaq zərbəsi aşkarlanıb. 1944-cü il təvəllüdlü N. Hacıyevin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR