“Beynəlxalq Sığorta Şirkəti” ödənişləri azaldıb

 “Beynəlxalq Sığorta Şirkəti” ödənişləri azaldıb
# 31 avqust 2016 15:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 7 ayında “Beynəlxalq Sığorta Şirkəti” ASC 3 mln. 687 min 1350 manat sığorta haqqı toplayıb.

APA-Economics”in məlumatına görə, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 182 min manat və ya 2,36 dəfə azdır.

Bir il əvvəlki statistika ilə müqayisə edəndə məlum olur ki, “Beynəlxalq Sığorta Şirkəti”nin daxilolmalarında olduğu kimi ödənişlərində də azalma qeydə alınıb. Belə ki, bu ilin yanvar-iyul aylarında sığorta şirkətinin ödənişləri 1 mln. 894 min 357 manat təşkil edib ki, bu da bir il əvvəl ilə müqayisədə 662 min 812 manat və ya 25,92% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR